26 Aprel 2023 13:53
1 339
12 Punto 14 Punto 16 Punto 18 Punto

Müğənni Rəqsanə İsmayılova Arb televiziyasında yayımlanan "Həmin Zaur" verilişində qonaq olub.

Teleqraf.com xəbər verir ki, Rəqsanə İsmayılova həbsdə olan prodüser Təranə Səmədovanın qızlarının onun himayəsində olduğunu deyib: "Bir məsələyə aydınlıq gətirmək istəyirəm. Təranə Səmədova həbs olunduqdan sonra mən onun övladlarını Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadənin rəhbərlik etdiyi sığınacağa yerləşdirdim. Dedim ki, heç olmasa həftədə bir dəfə uşaqları görüm. Uşaqlar bir həftə sonra mənim evimə gəldilər. Kəmalə xanıma ərizə yazdım ki, uşaqları görmək istəyirəm.

Qızı Suel sığınacağa qayıtmaq istəmədi. Mənə dedi ki, xahiş edirəm, sizdə qalım. Anayam, övladlarm var. Hamı bilir ki, necə ürək sahibiyəm. Suelin sözlərindən pis oldum və uşaqların sığınacağa qayıtmasına razı olmadım. Dövlət qurumlarına məlumat verdim ki, Suel ağlayır və sığınacağa getmək istəmir. Onu necə məcbur edə bilərəm? 14 yaşında böyük uşaqdır.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən, Xətai Rayon İcra Hakimiyyətindən səlahiyyətli şəxslər, hətta Kəmalə xanımın özü də bizə gəldilər. Suel rəsmi qaydada ərizə yazdı ki, xahiş edirəm, məni və bacım Adeli buradan heç kim aparmasın, biz burada qalaq. Bacısı Adelə Suel baxıb. Artıq körpə uşaq Sueli özünə ana bilir, ona bağlanıb.

Bilirsiniz ki, illərlə Təranə ilə aramızda nələr baş verib. Bu gün onunla danışmasam da övladlarını evimdə saxlayıram.

Mənim də körpə övladlarım var. Rusiyadan uşaq baxıcılarım var. Onlar hazırda buradadırlar, ali təhsilli pedaqoqdurlar. Suellə Adelə mənim uşaqlarım kimi baxıb tərbiyə verirlər.

Uşaqları öz başımdan yanıma gətirməmişəm. Həyat yoldaşım Fazil Əmiraslanovdan xahiş etdim ki, icazə versin, onlar yanımda qalsınlar. Mən də həyatda çox yıxılmışam. Amma qalxmağı bacarmışam".

Qeyd edək ki, Təranə Səmədova Cinayət Məcəlləsinin 182-ci (hədə-qorxu ilə tələb etmə) maddəsi ilə həbs olunub.



Müəllif: Rəqsanə Həsənova

Oxşar xəbərlər