Türkiyənin "Söylemezsem olmaz"ın aparıcısı Bircan Bali müğənni Hadisənin Bakı Konqres Mərkəzində baş tutacaq konsertinin kababxanada olacağı kimi təqdim etməsinə aydınlıq gətirib.
Teleqraf.com xəbər verir ki, aparıcı Bircan Bali bu sözləri deyib: "Bütün Azərbaycan xalqına sevgimi göndərirəm. Məni Bakı Konqres Mərkəzinə də aparmışdınız. Ora çox məşhurdur, şəkil də çəkdirmişdim. Bakı Konqres Mərkəzinə kababxana demərəm. Dedim ki, Hadisənin kababxanada afişasını gördüm".
Qeyd edək ki, Bircan Bali Hadisənin mayın 7-də Bakı Konqres Mərkəzində keçiriləsi konserti haqda belə demişdi: "Hadisə mayın 7-də Bakıda çox məşhur bir kababxanada səhnəyə çıxacaq. 150 nəfər iştirak edəcək. Mənə afişasını göndərdilər".