Xalq artisti Mələkxanım Əyyubovanın gəlini Səadət Nəcəfovanın səhhəti pisləşib.
Teleqraf.com xəbər verir ki, bu haqda Mələkxanım Əyyubovanın oğlu Cəfər Nəcəfov İnstaqramda hekayə bölümündə məlumat verib: "Xəstənin vəziyyəti ağırdır. Həyatı təhlükəsi var. Hər şeyə hazır olun. Dünyada eşidəcəyimiz ən ağır sözlərdən biridir".
Qeyd edək ki, xalq artistinin gəlini böyrək çatışmazlığından əziyyət çəkir. O, Mərkəzi Gömrük Hospitalına yerləşdirilib.