Şairə Nazilə Səfərli sosial şəbəkədə paylaşımı ilə diqqət çəkib.
Teleqraf.com xəbər verir ki, Nazilə Səfərli bu sözləri yazıb: "Dünyaya sui-istifadə olunmaq üçün gəldim. Özüm ac olsam da gözüm tox oldu, gözümün önündə acgözləri doyurdunuz, sadəcə gülümsədim. Heç kim dərdimi soruşmadı. Əsl dərdimi heç kim görə bilmədi. Hamı məndən umdu və sonunda etməsəydin dedilər… O qədər xəyanət görmüşəm ki, normal qəbul edirəm. Evimə buraxdığım "ən yaxın” rəfiqəm belə gördüyünü başqasına nağıl etməyə gəlirmiş. Bilə-bilə susdum, o, da utanmazcasına davranmağa davam etdi.
Ən ucuz paltarımı ən bahalı kimi daşıdım və heç kim risk edib, mənə nə isə hədiyyə edə bilmədi.
Ən son dünən bir doğmamdan nəvaziş istədim. "Mən səni təmənnasız bilirdim" dedi və çox üzüldü. Dəyər verdiyim böyükləri, sənətkarları yoxlayıb, başa çıxanda belə haqqımda "yaltaqlanır” dedilər. Zəhmətkeşəm. Nə üçün? Hamı mənə "halal olsun" desin deyə? Halal olmadı mənə, heyf oldu! İndi də heç kimi görmək istəmirəm!
Özümə o qədər əmək vermişəm ki, özümə heyfim gəlir. Dəyərdimi?!"