2011-ci "Eurovision" mahnı müsabiqəsində Azərbaycana birincilik gətirən (Eldar Qasımovla birlikdə) müğənni Nigar Camalın (Nikki) sosial şəbəkədə yeni videosu yayımlanıb.
Teleqraf.com xəbər verir ki, cazibər müğənni Nikki yaradıcılıq işləri ilə bağlı Türkiyədə səfərdədir. O, çəkilişlərlə bağlı hazırlıqlara, rəqs məşqlərinə başlayıb. Müğənni sosial şəbəkədə paylaşdığı video görüntü ilə heç də Beyons və Cey Lodan geri qalmadığını göstərib.
Nikki dostları ilə bölüşdüyü rəqs videosunda “Çəkilişə hazırlıq... İstanbulda... Yeni mahnı gəlir” sözlərini yazıb.
Sözügedən rəqs videosunu təqdim edirik:
Rüstəm