Türkiyəli rəqqasə Asena bir zamanlar eşq yaşadığı İbrahim Tatlısəs haqqında maraqlı açıqlamalar verib.
Teleqraf.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, Asena sənətçinin səsinə və mahnılarına hər zaman hörmət etdiyini bildirib:
"Bir kluba, restorana gedəndə bəzi DJ-lər onun mahnısını çalır. Səsinə və mahnılarına hər zaman sonsuz hörmətim var. Çünki onun bu sahədə böyüklüyü müzakirə olunmazdır. Mən mahnılarını hələ dinləyirəm, həmin mahnılarla rəqs də edirəm, hətta xoşbəxt oluram. Yaşadıqlarım ayrı, sənəti ayrı. Yaşanılan hər şeyi də Allaha həvalə etdim. Artıq vecimə belə deyil ".
Qeyd edək ki, Asena ilə İbrahim 4 il eşq yaşadıqdan sonra 2003-cü ildə qalmaqallı şəkildə ayrılıb.
Rüstəm