29 oktyabr Azərbaycan Bodibildinq və Fitness Federasiyasının 30 illik yubileyinə həsr olunmuş ölkə çempionatı baş tutdu. Mən fiziki əzələ nomiyasiyasında öz kateqoriyam üzrə çempion oldum.
Teleqraf.com xəbər verir ki,bu sözləri Kamil Zeynallı instaqramda yazıb.
O, bildirib ki, bu yolda onun ən dəstəkçiləri və məşqçisi dostları Monster ləqəbli idmançı Nadim ilə Şükran Soltanov olub.
"Dostum Şükran Soltanova da çox sag ol deyirem ki, yarışa qatılmağımı israrla tələb etdi və axıra kimi yanımda oldu, var ol qardaşım", - idmançı qeyd edib.