17 Yanvar 2015 12:00
1 181
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyəli müğənni Demet Akalının Tvitter hesabında yazdığı "Allaha şükür kimsəyə 300 milyard zərər vermədim" mesajına Hande Yenerdən cavab gəlib.

Teleqraf.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, Handenin Yeni il konserti üçün Bakıda səhnəyə çıxması müğənnilər arasında mübahisəyə səbəb olub.

Demet Akalın həmkarını Bakıda böyük məbləğ qarşılığında səhnəyə çıxmasını tənqid edib. O, Tvitter hesabından "Allaha şükür ki, nə yeni ilində kimsəyə üç yüz milyard zərər verdim, nə də salonun dörddə birini doldurdum" deyə yazıb.

Demet Akalının bu mesajı pərəstişkarları tərəfindən dəstək alsada, beyinlərdə bunun kimə yönəldiyini sualı yaranıb.

Handə Yenərində cavabı özünü çox gözlətməyib:

"Ad çəkmədən insanlara iftira atmaq ya da ad çəkərək kiminsə ayıbını üzə çıxartmaq ən çox sənə yaraşar"

Qeyd edək ki, Demet Akalın Bakı konserti üçün təklif edilən 400 min lirə qonorarı (təxminən 150 min dollar) rədd edib. Demet Akalının yerinə isə konsertə Hande Yener gələsi olub.

Rüstəm


Müəllif:

Oxşar xəbərlər