19 Yanvar 2015 11:28
855
12 Punto 14 Punto 16 Punto 18 Punto

Tanınmış Hollivud ulduzu aktyor Kolin Farrelin siması olduğu "Dolce&Gabbana Intenso" ətrinin reklam kampaniyasından ilk fotolar yayımlanıb.

Teleqraf.com Rusiya mətbuatına istinadən xəbər verir ki, Domeniko Dolçe və Stefano Qabbana Milanda keçirilən moda həftəsi üçün yeni kişi geyimləri kolleksiyası yaratmaqla yanaşı, reklam çəkilişlərinə də vaxt ayırırlar. Sirr deyil ki, dizayner dueti Dolce&Gabbana brendinin bütün reklam kampaniyalarında şəxsən iştirak edir. "Intenso" ətirinin reklam kampaniyasında isə Dolçe və Qabbana stilist kimi çalışıblar. Fotoların müəllifi tanınmış amerikalı fotoqraf Mark Seliqerdir. Çəkilişlər İtaliyanın Stromboli adasında aparılıb.

Rüstəm


Müəllif:

Oxşar xəbərlər