19 Yanvar 2015 16:28
955
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiyalı məşhur model İrina Şeyk 5 il bir yerdə olduğu “Real Madrid” klubunun ulduz futbolçusu Kriştiano Ronaldodan ayrıldığını söyləyib.

Publika.az-ın xarici mediaya istinadən verdiyi məlumata görə, bu dəfə tanınmış modelin adı məşhur yunan basketbolçusu Giannis Antetokounmpo ilə bir yerdə hallanıb. Belə ki, 2,11 metr boyu olan Giannis Antetokounmpo sosial şəbəkə vasitəsilə İrina Şeykə sevgi təklifi edib.

Hazırda “Milwaukee Bucks” klubunun formasını geyinən Giannis Antetokounmpo “twitter” səhifəsində bunları yazıb: “İrina Şeykin artıq subay olduğunu eşitmişəm. Görəsən, indi ona özəl mesajla təklif göndərməyim necə olar? Yoxsa, hələ tezdir? Ha ha ha...”.

Qeyd edək ki, İrina Şeykin meneceri Stephanie Smith də rus modelin Kriştiano Ronaldodan ayrıldığını təsdiq edib.


Müəllif: