24 Noyabr 2023 23:27
2 348
12 Punto 14 Punto 16 Punto 18 Punto

Müğənni Xatirə İslam "Tarixin bir günü" verilişində ikinci dəfə ana olmasından danışıb.

Teleqraf.com xəbər verir ki, müğənni bu sözləri deyib: "İkinci dəfə övlad istəyirdim, alınmadı. Ana olmaqdan imtina etdim. Düşünürəm ki, artıq gecdir. Amma çox istəyirdim ki, övladım olsun. Çox əziyyət çəkdik. Eləcə də işlərimdən qalıram. Artıq çəki aldım, 25 kiloqram kökəldim. Bu mənim işimə də ziyandır. İşlərimi görə istədiyim kimi geyimlər geyinə bilmirəm. Ana olmaq üçün əlimdən gələni etdim, maddi və mənəvi. Hətta Moskvaya da getdim. Oğlum Emilə deyirəm ki, qızım yoxdur, hərdən mənə kömək et".

Qeyd edək ki, Xatirə İslam Fəxrəddin adlı şəxslə evlidir.


Müəllif: Rəqsanə Həsənova

Oxşar xəbərlər