Türkiyənin pop divası Ajda Pekkanın Prof. Dr. Nazım Duraka qarşı açdığı 1 milyon lirəlik (təxminən 350 000 azn) təzminat davası yekunlaşıb.
Teleqraf.com “Hürriyet”ə istinadən xəbər verir ki, sənətçinin üç il əvvəl başlayan məhkəməsi artıq yekunlaşıb. Professorun ifaçıya "gözləri qurbağa kimi baxır", "meymunun arxası kimi dodaqları var" deməsi Pekkanın məhkəməyə müraciətinə səbəb olub.
Ötən gün yekunlaşan məhkəmənin qərarı ilə Durak 10 min lirə (təxminən 3500 azn) təzminat ödəməli olacaq.
Sənətçi bu nəticə ilə razılaşmayaraq 1 milyon lirə təzminat istəyib. Ajda Pekkan vəkilləri Osman Hacıbəkiroğlu və Məhməd Sadiq Öztürk qərardan şikayətə edib.
Onlar etriaz ərizəsində belə qeyd edilib: "Təhqir dolu açıqlamalar TV və internetdə yayılıb. Bu isə müvəkkilimin cəmiyyət qarşısında alçaldılmasıdır".
Rüstəm