13 İyul 21:14
967
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyəli məşhur müğənni Ebru Gündəşin həyat yoldaşı Murad Özdemirin keçmiş həyat yoldaşı Selin Kabaklı sevgilisinin evli olması haqqında yayılan xəbərləri yalanlayıb.

Teleqraf.com xəbər verir ki, Selin Kabaklı Ebru Gündəşə əsəbiləşərək sevgilisi, iş adamı Yasin Ersinin 17 aydır boşanma ərəfəsində olduğunu deyib:

"Heç kimi həyat yoldaşının yanından, uşağından ayırmadım. Mənim keçmiş evliliyimlə bu hadisəni qətiyyən müqayisə etməyin. Keçmiş həyat yoldaşım evimdən gedib, başqasıyla evləndi. Kim-kimin həyat yoldaşını əlindən alıb bunları görəcəksiniz. Sübutlarım var, sənədlərlə danışacağıq".

Qeyd edək ki, Selin Kabaklı 2002-ci ildə "Best Model" gözəllik yarışmasının qalibidir. Eks cütlüyün üç övladı var.




Müəllif: Rəqsanə Həsənova

Oxşar xəbərlər