2 Avqust 22:17
1 725
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xalq artisti Röya Ayxan “Ərə gedirəm” adlı layihəsini təqdim edib.

Teleqraf.com xəbər verir ki, Pop ulduz Abbas İsmayılovun müəllifi olduğu sözügedən mahnını ekranlaşdırmaq qərarına gəlib. Bunun üçün o, klipmeyker Soltan İbrahimova müraciət edib.

Layihədə sənətçi 25 illik rəfiqələri ilə kamera qarşısına keçib. Ekran işində Xalq artisti hər gördüyü bəyə aşiq olan, anidən fikrindən daşınan, hətta onu unudan xanım obrazını canlandırır.

Layihə üçün xüsusi dekor qurulub.

Klipin prodüseri Kənan Bayramovdur və Xalq artisti layihənin direktorluğunu Elvin Elxana həvalə edib.

Rəngarəng, eyni zamanda əyləncəli görüntülərə malik “Ərə gedirəm” bütün musiqi platformalarında təqdim edilib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər