Müğənni Afət Fərmanqızı ikinci həyat yoldaşı, iş adamı Mamed Nanacanovdan boşanır.
Teleqraf.com xəbər verir ki, ifaçı bu haqda sosial media hesabında məlumat paylaşıb:
“Mən ayyarım əvvəl “Rəngarəng” verilişinə qonaq gedəndə orada oğlumun atasının şəkilini efirdə verdilər. Həmin gün efirdə də dedim ki, bu verilişdən sonra biz həyat yoldaşımla boşanacağıq. Çünki bu adam belə şeyləri qəbul etmir.
Veriliş bitən kimi həyat yoldaşım mənə zəng etdi ki, bunu sən elətdirmisən. Bu söz mənə çox pis təsir elədi. Düşündüm ki, bu insan məni düzgün tanımayıb. Axı, mən niyə bunu elətdirim? Zaur Nəbiyevin nömrəsini ona göndərdim ki, zəng et, soruş. Zaurun da xəbəri yoxdur.
Bilirəm mənə dedikləri sözə görə peşmandırmı!? Amma fikirlləşirəm ki, mənə qarşı haqsızlıq edib. Ona görə də onu bağışlamağı düşünmürəm. Heç bir halda düşmən deyilik. Buradan ona “salam” deyirəm. Rəsmi boşanmaq üçün müraciət edəcəm.
Mənim o verilişdə günahım yoxdur. Orada ilk həyat yoldaşımla toy şəkilimizi də göstərmişdilər”.