9 Sentyabr 13:44
741
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Pisliyə qarşılıq vermədiyinizdə öz-özünə yox olar. Yaxşılıq daim qazanar, pislik isə həmişə uduzar. Pis insanlara da yaxşılıq etməklə qarşıııq verin".

Teleqraf.com xəbər verir ki, bu sözləri xalq artisti Mələkxanım Əyyubovanın qızı, rəssam, bloger Nəzrin Nəcəfova İnstaqramda sosial şəbəkə istifadəçilərinin suallarını cavablandırarkən deyib.

Nəzrin Nəcəfova “Özünüzdə bəyəndiyiniz xüsusiyyətiniz hansıdır” sualına belə cavab verib: "Bir insanı hansısa səhvinə görə bağışlayaram. Lakin o səhvi təkrar etdikdə təmiz silirəm. Mərhəmətliyəm hər kəslə “empati” qururam. Buna görə də həmişə hər şeydə ilk səhvi özümdə axtarıram. Eqolu deyiləm, lakin özgüvənim yüksəkdir. Bu da mənə ayaqlarım üzərində möhkəm durmağa cəsarət verir”.

Bloger "Uğurlu olmağın sirri nədir" sualına isə "Çox çalışmaq, zəhmətkeşlik, tənbəl olmamaq, özünə inam və s... Bu siyahına çox uzatmaq olar”, - deyə cavab verib.

Nəzrin Nəcəfova onu da deyib ki, rəsm çəkmək, şəkil çəkdirmək, şirniyyat bişirmək, səyahət etmək və sevdiyi insanlarla vaxt keçirməkdən zövq alır.

Nəzrin Nəcəfova “Evlilik sevgini adiləşdirir? Gözlədiyin istədiyin kimi oldu?” sualına isə belə cavab verib: “Evlilik sevgini qəti adiləşdirmir, hər şeyi daha da gözəl edir. Hər kəsə sevdiyi insanla birlikdə keçirəcəyi gözəl həyat arzu edirəm”.

Qeyd edək ki, Nəzrin Nəcəfova müğənni Mərdan Kazımovla evlidir.



Müəllif: Rəqsanə Həsənova

Oxşar xəbərlər