9 Sentyabr 13:01
744
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Azərbaycan musiqisini dəyərləndirmək iddiam yoxdur. Bunun üçün Bəstəkarlar İttifaqı münasibət bildirsə daha yaxşı olar. Bu, mənim üçün böyük sualdır".

Bu sözləri Teleqraf.com-a açıqlamasında əməkdar incəsənət xadimi Vaqif Gərayzadə Azərbaycan musiqisinin bugünkü vəziyyətindən danışarkən deyib.

Vaqi Gərayzadə müğənni Elnarə Xəlilovanın özünü onun davamçısı adlandırmasına da münasibət bildirib: "Bu fikirlər Elnarə Xəlilovanın öz seçimidir. Mən bir söz deyə bilmərəm. Mənim sinfim olub, məktəbim olmayıb. Düşünürəm ki, məktəb bir az böyük səslənir. Bu, onun öz təşəbbüsüdür".

Qeyd edək ki, Elnarə Xəlilova "Künc-bucaq" yutub layihəsində bu sözləri deyib: "Mən ikinci Vaqif Gərayzadənin məktəbinin yetirməsiyəm, onun dəvəti ilə bir çox müğənniyə dərs demişəm. Həmin "Şərq ulduzları"ndan Safurə Əliyeva, Fərid Məmmədov çıxmışdı. Bu, bizim uğurumuz idi. Fərid "Şərq ulduzları"ndan sonra Bülbüllərə gedib. Mən Vaqif Gərayzadənin davamçısıyam, onun etdiklərini təkrarlayıram".



Müəllif: Teleqraf.com

Oxşar xəbərlər