"Space" televiziyasında teleaparıcı Amil Xəlilin təqdimatında efirə gedən "Gəl, danış" verilişi bağlanıb.
Teleqraf.com xəbər verir ki, bu haqda aparıcının özü məlumat verib.
"Bu mövsümdən etibarən “Gəl, danış” sosial-kriminal layihəmiz yayımlanmayacaq.
Rəhbərimiz “Əgər millət narazıdırsa, biz etməyək” qərarını verdi. İnşallah bu mövsüm “Space" televiziyası çox möhtəşəm və dəyərli layihələrlə görüşünüzə gəlir. Bu gündən etibarən “Xəbərsiz” 10-cu mövsümü ilə görüşünüzə gələcək. Sentyabrın 21-22-dən etibarən isə “Xoş gəldim” verilişinin yeni buraxılışı yayımlananacaq".
Qeyd edək ki, "Space" televiziyasının rəhbəri Vado Korovindir.