10 Sentyabr 00:54
472
12 Punto 14 Punto 16 Punto 18 Punto

Prodüser Harvi Vaynşteyn kəskin sinə ağrısı ilə xəstəxanaya çatdırılıb.

Teleqraf.com xəbər verir ki, bu barədə "tmz.com" məlumat yayıb.

Bildirilir ki, 72 yaşlı Vaynşteyn təcili ürək əməliyyatı keçirəcək.

Prodüser Harvi Vaynşteyn hazırda təcavüzdə ittihama görə cəza çəkir. O, həbsxanada olarkən COVID-19-a yoluxub, nəticədə pnevmoniya olub. Vaynşteyn həmçinin şəkərli diabet və hipertoniyadan əziyyət çəkir.

Prodüser bu həftə məhkəmə qarşısına çıxmalı idi. Daha öncə onun 23 illik cəzası ləğv edilib, lakin o, başqa ittihamlarla hələ də həbsdə qalıb.

Vaynşteyn qalmaqalı 2017-ci ildə Ancelina Coli, Qvinet Peltrou, Eşli Cadd, Kara Delevin və Salma Hayek də daxil olmaqla 80-dən çox aktrisanın ona qarşı cinsi qısnama iddiaları səsləndirməsi ilə başlayıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər