13:48
410
12 Punto 14 Punto 16 Punto 18 Punto

Əməkdar incəsənət xadimi Cavanşir Quliyev İTV kanalında "Hər zaman musiqi" verilişində xalq artisti Aygün Kazımova ilə bağlı açıqlamalar verib.

Teleqraf.com xəbər verir ki, Cavanşir Quliyev xalq artisti haqqında bu sözləri deyib: "Biz Aygünlə səhnəyə gələn vaxtdan tanışıq. İkimizin də başına o qədər işlər gəldi ki... Həyat bizə çox şeyləri öyrətdi. Gənc bir qız səhnəyə addım atdı və populyarlıq qazandı. Gözəl qız, boy-buxun, səs, istedad - hər şeyi vardı. Xasiyyətindən danışım, o, bir şeyi başına qoydusa, axıra qədər gedəcək. Yıxılacaq, başı, gözü dağılacaq, qalxıb yenə gedəcək. Bu xasiyyətinə görə Aygün ayaqda dura bildi.

Sənətlə bağlı daim axtarışda oldu, geyim, səhnə hərəkətləri və sair məsələlərdə aktiv oldu, lider oldu, bir çox steorotipləri sındırdı. Aygünü tənqid edənlər bir müddətdən sonra tərifləməyə, qəbul etməyə, sevməyə başladılar".


Müəllif: Rəqsanə Həsənova

Oxşar xəbərlər