7 Oktyabr 12:33
1 251
12 Punto 14 Punto 16 Punto 18 Punto

Avroviziya qalibimiz Nigar Camal xalq artisti Röya Ayxanla illər sonra barışmasından danışıb.

Teleqraf.com xəbər verir ki, müğənni bu haqda ARB TV-də yayımlanan “Pərvizə görə” verilişində açıqlamasında qeyd edib.

Nigar estrada ulduzu ilə ADA Universitetində baş tutan yarışmada jüri olmasından da söz açıb:

“Düşünməzdim ki, belə maraqlı alına bilər. Mənə də xoş idi. İllər sonra maraqlı görüş oldu. Məndə göstəriş üçün barışmaq yoxdur. Ya barışıram, ya barışmıram. Həyatımı öz istədiyim kimi yaşayıram. Düz olduğunu düşünürəmsə, edəcəm. Səhvdirsə, etməyəcəm. Münasibətlərimiz istidir. Demirəm, tez-tez görüşürük, rastlaşırıq. Amma salam-sağolumuz var”.

Nigar Camal stilist Elnur Həsənovla bağlı qalmaqallı açıqlaması ilə də diqqət çəkib:

“Mən onunla bağlı danışmaq istəmirəm. O, şou-biznes adamı deyil. Nə müğənnidir, nə rəqqasə. Mən şou-biznes deyəndə onları nəzərdə tuturam”.

Avroviziya qalibimiz Nigar Camal müğənni Şəbnəm Tovuzlunun duet təklifinə də cavab verib: “Belə bir təklif gözləmirdim. Həyatda onunla tanış olmamışam. Eşitmişəm ki, yaxşı insandır. Amma biz çox fərqli müğənnilərik. Fərqli dünyalarımız var. Düşünürəm ki, duet bizdə heç vaxt alınmaz. Məsələn, Aygün Bəylərlə də fərqli müğənniydik. Lakin Aygün başqa məsələdir. Həm onun xətrini də çox istəyirdim. Şəbnəm Vəfa Şərifova ilə duet oxusa, maraqlı olar”.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər