Müğənni Rəqsanə İsmayılova ilə yumor ustası Fərda Xudaverdiyev arasında narazılıq yaşanıb.
Axşam.az-ın məlumatına görə, bu haqda Fərda “Onlar” verilişində danışıb.
Buna səbəb isə Fərdanın aparıcılığı ilə ATV-də yayımlanan “Top kimi şou”da müğənninin çəkilişi yarımçıq tərk etməsi olub:
“Rəqsanə xanım verilişə gecikdi. Bizə öncədən başqa çəkilişə gedəcəyini bildirməmişdi. Elə alındı ki, verilişin hazırlıqlarına gec başladıq. O da küsüb getdi. Sonra zəng etdim, telefona köməkçisi cavab verdi. Mən də ondan incidim. Ən azından telefona özü cavab verə bilərdi".