“Sabah xanımların bayramıdır. Bütün nənələri, anaları təbrik edirəm. Hamıdan hədiyyə gözləyirəm. Qonşumuzdan da…”.
Axşam.az-ın məlumatına görə, bu sözləri müğənni Röya Ayxan “Şirin çay” verilişində deyib.
O, bahalı hədiyyə istədiyini də gizlətməyib:
“Niyə gözləməyim ki… Mən də qızam. İldə bir dəfə bayramım olur. Qalan günləri mən başqaları üçün bayram edirəm: toylarını oxuyuram, ad günlərinə gedirəm. Özü də başımı güllə aldatmasınlar. Qəşəng yerlərə getmək, bahalı hədiyyələr almaq istəyirəm”.