Türkiyə vətəndaşı olan erməni əslli müğənni Robert Hatemo uzun müddətdən sonra yenidən gündəmə gəlib. Türkiyənin "Posta" qəzetinə geniş müsahibə verən müğənni şok açıqlamaları ilə hər kəsin diqqətini çəkib. Teleqraf.com həmin müsahibəni təqdim edir:
- Sizi heç kim unutmayıb Roberto Hameto!
- 10 il yaxşı musiqilər yazdım. Geridə qoyub getdiklərim çox idi, ona görə bir müddət fasilə verib geri qayıdanda unudulmadığımı gördüm.
- Heç “İnsanlar birdən məni unudar” deyə narahatçılıq keçirdiniz?
- Nə yalan danışım, olmadı. Fan səhifələrimdən də insanlar məni hər zaman izləyirdilər. Qayıtmağımı gözləyirdilər. Ancaq yenə də albomla ortaya çıxdıqdan sonra təbii ki, AVM-də gəzməyim bundan bir neçə ay öncəsi kimi asan deyil.
- Bundan narahat olursunuz, Rober?
- Yox, əsla! Mənim işim budur. Alışmışam məşhur olmağa, əslində tanışam bu vəziyyətlə.
- Niyə bu qədər fasilə verdiniz? Qeyb oldunuz?
- Bu qədər fasilə deyəndə, 2007-ci ildə çox yaxşı bir albom çıxardım. O davam etdi getdi. Yaxşı işlədim, xüsusi günlərdə oxudum. Açığı, çox ehtiyac da hiss etmədim yeni albom çıxarmağa.
- Bəs sonra fikrinizi nə dəyişdi?
- Vallah, bu son albomdu. Maddi və mənəvi çox şey xərclədim bu alboma. Bir də haqqın yoxdur yeni mahnılar üçün insanları gözlətməyə. Albom çıxarmaq artıq keçmişdə qaldı. Həqiqətən bu sonuncudur, bununla bitirirəm.
- Səhhətinizlə bağlı problem yaşadınız...
- Hə, təbii ki bir də o var. 2 ilə yaxın məhv oldum. İndi çox yaxşıyam, ancaq nələr çəkdiyimi bir mən bilirəm. Sonra bilirsən, maneələrlə qarşılaşdım. Çox yerdə səhnəyə buraxılmadım, kliplərimi yayımlamadılar. Ancaq “Pabucumun Dünyası” mahnısını eşitdikdən sonra yenidən görünməyə qərar verdim.
- Adınız “Rıfat” olsaydı..
- O, açıqlamama eyham vurursan! “Adım Rober deyil Rıfat olsaydı, indi başqa yerlərdə idim”… Bunun üstündən çox şey keçdi, daha rahatam, sərbəstəm, özümü ifadə edə bilirəm. Bu ölkənin bir zənginliyiyəm mən. Buna inanıram.
- Çətin idi o vaxtlar?
- Bəli. Bir yerə gedirdin, danışdırmırdılar, fantaziya musiqi yayımlamırdılar.. Cəmi iki kanal var idi. Düşünürsünüz, 500 min satılan albomumu yayımlamağa icazə verilmir.
- Barda mahnı oxuyurdunuz. Təhqiredici bir şey idi görəsən?
- Hamı oxuyurdu. Hande Yener, Yıldız Tilbe, Serdar Ortaç və s.. Mənim bildiyimə görə sadəcə, Tarkan oxumayıb barda. Sözdür bar? Bar demək olmaz əslində, klub demək daha doğru olar. Mən 2000 nəfərlik səhnəyə çıxıram, bar demək yanlış olar ona.
- Bu qədər satış üçün mükafatınız yoxdur.
- Əvvəllər çox gözləyirdim, pis olurdum buna görə. Artıq heç kimdən mükafat gözləmirəm. Nə şou dünyasından, nə də televiziyadan. Mükafat həvəsim qalmayıb.
Mənim qadınım harda nə edəcəyini bilir
- Qırmızı bir kostyum, ilk klipinizi xatırladım...
- Mən fərqli bir şey olmsını istədim, marginal olmalı idi. Diqqət çəkmək üçün “Esmer” klipində qırmızı kostyum geyinərək rəqs etdim. Bu gün olsa, o paltarla çıxmaram. Çünki yaşıma uyğun deyil. Ancaq peşman deyiləm.
- Qadınsayağı qarşılandı, sonra da dedi-qodular yayıldı.
- Məni necə görürsənsə, eləyəm. Sənətçi incəliyi olan biriyəm, bu qədər.
- Qadınsayağı deyilsiniz?
- Yox, deyiləm. O məsələ illər öncə özünü tanımayan bir müğənninin “Tarabyada nökərlər, Etilərdə yumşaqlar” deməsi ilə ortaya çıxdı. Əslində incə ruhluyam, ancaq olduqca qaba biriyəm.
- İncə ruhlu qaba?
- Vay vay! Hər iş məndə bitir, tamamilə Anadolu kişisiyəm. İncə ruhlu qaba Anadolu kişisi. Qadınıma sahib çıxaram, ailəmə də. Mənim dediyim olur. Elə şey yoxdur.
- Qadınınızla bağlı qısqancsınız?
- Lazım olduğu qədər. Mini ətək geyinə bilməz demirəm. Anaq qadın da harda nə geyinəcəyini, nə edəcəyini biləcək. Mənim qadınım harda nə edəcəyini bilir. Mən onun kişisiyəm, ondan məsulam.
- Eşqi necə yaşayırsınız?
- Ömrüm boyu 3 dəfə aşiq oldum. Arada qısqanclıqlar olmalıdır. Hədiyyə almaqdan ötrü ürəyim gedir. Xüsusən də bahalı hədiyyələr olmalıdır. Həm mən ona alacam, həm də o mənə. Kiçik də olsa mənalı bir şey olmalıdır.
- Pul sizin üçün çox əhəmiyyətlidir?
- Pul sadəcə, məcburiyyətdir. Varsa xərclənir. Ancaq sadə həyat tərzi sürürəm. Olanda ən yaxşı avtomobil istifadə edirəm, yaxşı evim olsun, ancaq daha artığında gözüm yoxdur.
- Eşq və cinsi münasibəti necə qiymətləndirirsiniz?
- Seks çox əhəmiyyətli şeydir, mütləq olmalıdır. Ancaq eşq başqa bir şeydir, seks başqa bir sirrdir. Eşqin içində seks mütləq olur.
- Heç aşiq olmadan cinsi münasibətdə olmusunuz?
- Qəribə suallar başladı. 3 dəfə aşiq oldum deyirəm, hesablasan 3 nəfərlə cinsi münasibətdə olmuş oluram? Təbii ki, aşiq olmadan cinsi münasibətim olub. Yatdığım qadını da “sevgilim” deyə ortaya çıxarmaram.
- İndi həyatınızda biri var?
- Albomu çıxarmamışdan bir neçə ay öcnə bitdi. İndi o ab-havada deyiləm. Sonra olarsa olar, bilmirəm. Ancaq indi əsas işimə yönəlmişəm.
Çətin vaxtlarımda açıb Quran oxudum
- Etnik azlıq olmağın problemlərini yaşamısınız?
- Qəzetlərdə bu barədə xəbər çıxdı. Ciddi şeylər oldu. İstəyirsən, bu mövzunu açmayaq yenidən.
- Hrant Dink məsələsindən sonra...
- Bu hadisələr çox ciddi hadisələr idi. Başına mükafat qoyulanlardan biri idim mən də. Dövlət mühafizəçi vermək istədi mənə, istəmədim. Ancaq uzaqdan qorudular həmişə. Dəfələrlə təhdid olundum.
- Sizi öldürmək üçün niyə hədəf alsınlar ki?
- Çox populyaram və erməniyəm. Səbəb budur. Mənə bir şey olsa, əks-səda doğurar. Ən məşhur olduğum vaxtlar idi. Çox şükür indi bitdi o hadisələr.
- Çox qorxdunuz?
- Qorxmazsan? Anan, atan, qardaşın var. Bax, bir yandan geriyə gedirik kimi görünür, ancaq əmin ol, bəzi şeylərdə daha rahatıq. Nəhayət, sadəcə bir məzhəbdən, mədəniyyətdən ibarət olmadığımız anlaşılır. Keçmişlə müqayisədə indi çox demokratikləşmişik.
- İç-içə keçmiş bir quruluşumuz var.
- Doğru sözdür. Bax, mən çətin vaxtlarımda açıb Quran oxudum. Sıxılanda Fələq, Nas surələrini oxuyuram. Evimdə Hacı dostum yaşayır. Bunlar böyük zənginlikdir. Hər dinə hörmətlə yanaşan biriyəm. Hamı belə olmalıdır. Mən İslama inanıram, Türkəm eyni zamanda. Özümü türk kimi hiss edirəm.
- Əsgərlikdə çətinlik çəkdiniz?
- Adım Roberdir dediyim anda yumruğu vurdular, özüm də çəlimsiz bir ailə uşağıydım. Anamgillə təzə-təzə danışıram. Ancaq çox şey dəyişdi. Heç kim mükəmməl deyil. Bu hakimiyyətin çox şeylər etdiyini düşünürəm.
- Allah! Tərəfkeş deyəcəklər!
- Bunun özü də problem deyil? Yaxşı bir şey söylədiyin vaxt “onun tərəfdarı, bunun tərəfdarı” olursan. Sadəcə, özüm üçün demirəm, bir vaxtlar Kürd dilində də danışıla bilmirdi. Kapalı Çarşıda Kürd dilində kaset satılmırdı. Hamsı çatışmamazlıqdır.
Komandirim sünnət olmaq icazəsini atamdan soruşdu
- Sünnət olmağınız var əskərlikdə!
- Tövbə! Oralara qədər gedəcəksən, hə? Özünə görə deyilsən. Onu da əsgərlikdə oldum. Bir dostum da var idi sünnət olmamış, ikimizi birlikdə sünnət etdilər.
- Mən öldüm gülməkdən...
- Vallah. Adanada bizi sünnət maşınına mindirib sünnət uşağı kimi gəzdirdilər o yaşda.
- Sünnət olmağınza ailəniz qarşı çıxmadı?
- Yox, əsla! Bizimkilər elə mühafizəkar, faşist deyildilər. Hətta komandirim atama zəng edib “oğlunuz sünnət olmaq istəyir” deyib icazəsini almaq istədi. Atam “azad adamdır, nə istəyirsə edə bilər” dedi.
- Camaatın əsgərlik xatirəsinə bax, Rober Hatemonunkunə bax!
- Sonra müğənnilik etdim. Xüsusi kazino düzəltdik özümüzə. Həftə sonları pulla mahnı da oxudum.
- Ailənizlə qarşı-qarşıya qaldığınız oldu?
- Atam öz işini, zərgərlik etməyimi istədi. Ancaq mən musiqiçi olmağı seçdim. Sadəcə, burda zidd oldum.
- Hal-hazırda küsülülük var?
- Əsla! Ailəm mənim üçün çox əhəmiyyətlidir. Onlar mnim hər şeyimdir. Onlar mənim arxamda, mən də onların.
- Musiqi eşqi hardandır?
- Babamla balaca olarkən səhnəyə çıxardım. Sonra bir az böyüdükdən sonra öz qrupumuz var idi. Dərnəklərdə, xüsusi gecələrdə çıxıb oxuyurduq. Əsgərliyə gedib gəldikdn sonra atamla savaşa girdik. Düz bir il sürdü. Ya zərgər dükanında onunla birlikdə işləyəcəkdim, ya da musiqiçi olacaqdım. Həqiqətən bir ildən sonra albomum çıxdı.
Son kişi star mənəm
- Alboma yaxşı pul xərclədiyiniz danışılır...
- Çox şükür, mən sərmayəmi işləyərək yaxşı qoydum. Heç vaxt ortalıqda qalmadım. Bu prosesdə menecerim Haluk Şentürk hər zaman yanımda oldu. Pul qoymadan yaxşı heç nə eləmək olmur. Elektronik dünyada dəlisən deyəcəksən. Təbii ki, dəli olmasam, burda nə işim var? Ancaq bilirsən klipdə şalvarım yırtıqmış, o çıxdı ortaya.
- Doğrudan! Sosial mediada xeyli fenomen oldu o.
- Arxama baxsaydım, şalvarımdakı yırtığı mütləq görərdim. Qabağa baxdığım üçün arxamı görə bilmirəm. Nə demək istədiyimi başa düşdün. Deməli arxama baxmıram.
- Əsəbləşirsən, sənə lağ edəndə?
- Həqiqətən görməmişik. O boyda komanda ordaydı, ancaq görülməyib. Kimsə danışılması üçün şalvarında dəlik açmaz. Hamıdan üzr istədim. Nə rəzilliklər olur, məndəki şalvar cırığı nədir ki? Keçmişdə üzülürdüm, ancaq indi vecimə almıram. Ancaq bəzən gecə başqalarının dedikləri içimi gəmirir, ona da öyrəşəcəm.
- Qadın sənətçilərin videoları da çox izlənir!
- Bəli. Ancaq məncə seksi olduqları üçün deyil. Porno saytları bağlayanda belə olur. Geriyə qalan bir az açıq-saçıq şeylər izlənir.
- Porno izləmədiyiniz üçündür?
- Bəli, porno izləyə bilmədiyimiz üçün qadın kliplərini izləyirik. “Yanıq” (abaza) deyilik kimi görsənir, ancaq elədir. Qarışıq bir dövrdən keçirik. Mənim vaxtımda kişi daha tez məşhur olurdu, indi qadınlar çox irəldədir. Bu bir nizama düşəcək. Dəhşətli dərəcədə açıq-saçıqlıq yoxdur, ancaq elə bir izlənmə halı var.
- Maraqlı yanaşmadır!
- Qaldım belə. Həyatım, seriallara bax, o onun bacısıyla, anasıyla, əriylə birlikdəri, bu onun. Bu da bir növ pornodur. Sadəcə, seksual baxma, şiddət də bir pornodur bilirsən. Bu bizim cəmiyyətimizə uyğun bir şey deyil.
- Çox dəyişib siz olmadığınız müddətdə?
- Təbii ki. Göbələk kimi ortaya çıxanlar çoxdur. Ancaq arada yaxşı şeylər də olub. Diqqət çəkən kişi star yoxdur. Yəni kütlələri arxasınca aparacaq heç kim yoxdur.
- Siz sayılmırsınız?
- Onsuz da mən son kişi staram. Bir Murat Boz var, o da televizyaya keçdi, başqa heç kim qalmadı. Dəftərlərin arxasına şəkillərini yapışdırdığın ulduzlar yoxdur.
- Niyə?
- Heç kim əlçatmaz deyil. Hamı əl altındadır. “Vaxt gələcək hamı 15 dəqiqədə məşhur olacaq” sözü gerçək oldu. 90-cı illərin musiqisini dinləyib hüzünlənəciyik. Vəziyyət belədir, o günlır artıq geri gəlməz.
- Mahnı sözləri də pisdir həm də!
- Köhnə mahnılarda ədəbiyyat dili deyilən şey var idi, indi o da yoxdur. Mahnı sözlərini dilimə dolaya bilmirəm, yəni həm qulağa xoş gələcək, həm də söylədiyi başa düşülən deyil.
- Sənətdə yox ikən dostlarınız azaldı?
- Təbii ki. Ayıb olmasın, mənim böyük evim var. Kimin girib çıxdığı bilinməzdi. Mən sənətdən uzaqlaşınca, onlar da qeybə çəkildilər. Ancaq mən də artıq istəmirəm o qədər çox adamı.
- İndi kimlərə icazə var?
- Haluk Şentürk, menecerim hələ də mənimlədir. Bir də hələ məşhur olmamışdan qabaq bir dostum vardı, o da Hacı oldu, mənim üvimdə yaşayır. Evimdə beş vaxt namaz qılındığı üçün çox xoşbəxtəm. Hər işimdə mənə kömək edir. Ailəm də mənimlədir hər zaman.
- Xəstələndiyiniz vaxt nələrinsə fərqinə vardınız?
- Təbii ki, olmamış olar heç? Səmimi sandığım iki dostum var idi, xəstəxanaya yanıma belə gəlmədilər. Çox şey gördüm. Ancaq çox cavanam bunlara ilişib qalmaram. Məni gözləyən bir həyat var.
- Psixoloji dəstək aldınız?
- Hə, aldım. Bir də yüngül anti depressiv dərman istifadə etdim, indi hamsı keçib getdi. Bu ayıb deyil. Hamı psixoloqa getməlidir. Hamının bir-birinə hücum etdiyinə, dalaşdığına baxılarsa, hamının ehtiyacı var. Hələ twitter! Nə qədər çirkinləşsən, o qədər izləyicin artır. İnanılmaz bir şeydir.
- Çox əsəbləşsəniz siz də söyüş söyərsiniz?
- Təbii ki. Səbrin də bir sərhəddi var. Dözərəm, xəbərdarlıq edərəm, ancaq mənim də səbrim bir yerə qədərdir. Mən də söyərəm. Bir adam özünə nə qədər söydürər? Sənətçi olunca daha da çətin olur. Bir şey yazsan, gözlər o saat sənə çevrilir.
Keçmişdə hər şeyə ağlayırdım
- Hisslər nə yerdədir?
- Çox güclüdür, sən də gördün. Gənc vaxtı çox şeyi başa düşmürdüm ancaq yaş irəlilədikcə mən də gördüm ki, hiss etdiklərim düz çıxır.
- Çox emosionalsınız?
- Keçmişdə, hə. Hər şeydən ötrü ağlayırdım. Çox şeylər yaşadım, üst-üstə düşdü hər şey. Təbii ki elə emosional dövrüm oldu. Atama oxşamışam, o da belədir.
- Özünüz haqqında danışın desəm...
- Çox çalışdım hər şey üçün. “Öz tərzi olan bir sənətçiyəm” deyərəm özüm üçün.
Dəniz Əliyeva