Aparıcı Mətanət Əliverdiyevanın canlı efirdə Binəqədidə 15 nəfərin ölümü ilə nəticələnən dəhşətli faciə barədə “Biz o faciəni lap belə, faciə etməməliyik. Oldu, elə bil bir külək idi, bir şey idi, bir film idi baxdıq, getdi” sözləri hazırda ANS və ATV kanalları arasında münasibətləri daha da kəskinləşdirib.
Teleqraf.com xəbər verir ki, ötən gün ANS şirkətinin efirində Ləman Ələşrəfqızının hazırladığı sujetdə M.Əliverdiyevanın bu sözləri kəskin tənqid olunub.
Ötən gün ATV-nin aparıcısı İlkin Həsənli yazdığı statusla bir az da dərinə gedib:
“14 ildir TV-də işləyirəm, bu 14 ildə çox şey gördüm, amma bir telekanalın digərinə qarşı etdiyi belə bir ŞƏRƏFSİZLİYİ görmədim! Bəs hanı sizin jurnalist həmrəyliyiniz, hanı dəqiqliyiniz, qərəzsizliyiniz? Başa düşürəm, TV adlandırdığınız o konslagerinizdə bəzi işçilərinizin qədrini bilmədiz,onlar ATV-yə gəldi, hörmət, azadlıq və yüksək maaş gördü, amma belə etməməli idiz! Bu gün siz rəsmən ATV kanalına efir müharibəsi elan etdiz! OK, olsun!”.
ANS-in əməkdaşı Ləman Ələşrəfqızı özünün Facebook səhifəsində də cavab yazıb:
“Səhər-səhər qanımı qaraltmaq istəmirəm. Şəmiyə-şöşüyə baş qoşmaq niyyətim yox. Getsin bozbaşını bişirsin! Mən sözümü dedim. Əks-hücum da başa düşüləndir. İşinizdə olun!”
Xatırladaq ki, ANS-in Mətanət Əliverdiyevaya həsr etdiyi ən kəskin süjetlərdən birinin müəllifi Ləman xanımdır.
Teleqraf.com Ləman Ələşrəfqızının hazırladığı sujeti və ona verilən cavabı təqdim edir:
Rüstəm