Tarzən-müğənni Humay Qədimova və əməkdar artist Ədalət Şükürov birlikdə duet oxuyublar.
Publika.az-a bu barədə Humay məlumat verib.
“Hakimi” adlanan duetin bəstəsi Ədalət Şükürova məxsusdur. Sözləri isə bayatılardan götürülüb.
Duet təklifi Humaya Ədalət Şükürovdan gəlib. Mahnı qısa zamanda yaranıb.