Maşa neft ilə çəkilmiş portretini aldı, Anton isə bakılı taksi sürücüsünün rolunu oynadı.
Populyar və əyləncəli “Orel i reşka. Şopinq” TV şounun Bakı buraxılışı baş tutub.
Teleqraf.com oxu.az-a istinadən xəbər verir ki, proqramın aparıcısı Maşa İvakova neft ilə çəkilmiş portretini alıb, xalçanın sirli mənalarını açmağa çalışıb, dizayner paltarı və sırğaları ilə bəzənib. Verilişin digər aparıcısı Anton Lavrentyev isə özünə əsl azərbaycanlı papağı tikib, xudmani samovar, təsbeh və çay stəkanı alıb. Lavrentyev həmçinin bakılı taksi sürücüsünün rolunu oynayıb.
“Mövsümün yekun buraxılışı Xəzərin neft paytaxtı Bakıda keçiriləcək. İndi məhz neft sayəsində şəhər böyüyərək çiçəklənir. Köhnə küçələr müasir prospektlərə çevrilir. Amma gələcəyin inamla addımlamasına baxmayaraq azərbaycanlılar öz tarixi irsini qoruyub saxlamağa çalışırlar.
Burada “qara qızıl” yalnız barel ilə satılmır, eləcə də incəsənətdə də istifadə edilir. Xalçalar isə müasir incəsənət üçün ilham mənbəyidir”, - buraxılışın anaonsunda deyilir.