10 İyul 2015 15:30
975
12 Punto 14 Punto 16 Punto 18 Punto

Müğənni Könül Kərimova tələbəsi Loğman ilə bu gün “Əsl şou” verilişinin qonağı olub. Cütlük birlikdə qalmaqallı “Aləm gözəl” mahnısını ifa edib. İfasından sonra isə bu mahnını ən gözəl özünün oxuduğunu bildirib.

“Ən yaxşı özüm oxumuşam. Mən bu mahnıları oxumaya bilmərəm. Bu mahnılar ruhən mənə çox yaxındır. Qanımdan, canımdan bu musiqilər gəlir. Bu ifama görə mənə toxunmadılar. Bilirsiniz ki, mahnının müəllifi var. Son sözü o deyir”.

Qeyd edək ki, mahnının müəllifi Anar Məmmədovdur.

Bu sözlərindən sonra Könül xanım bu sözləri zarafatca dediyinə də eyham vurub.

Xatırladaq ki, mahnını Brilliant Dadaşova, Abbas Bağırov, Ramal İsrafilov da ifa edib. Bir-birilərinin ifasını bəyənməyən ifaçılar arasında uzun müddət qalmaqal da yaşanıb.

Qeyd edək ki, “Əsl şou” verilişinin aparıcıları Tahirə Məmmədqızı və Tural Ozandır. Veriliş həftə içi 5 gün saat 11:00-da “Space” telekanalında yayımlanır.


Müəllif:

Oxşar xəbərlər