Müğənni İlhamə Qasımova ailəsində problem yaradan səbəblərdən danışıb.
Publika.az xəbər verir ki, "Xəzər" telekanalında qonaq olan İ.Qasımova həyat yoldaşının qoyduğu qadağalardan danışıb:
“Bizim ailədə problem mənim məclisə qatılmağım üstündə yaranır. Odur ki, adətən, tədbirlərə qatılmıram. Pul xətrinə hara gəldi getmirəm. Mənə icazə verilmir ki, 15-20 nəfərlik bir məclisə qatılıb, onların qarşısında oxuyum”.