1 Sentyabr 2015 19:53
836
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xalq artisti Faiq Ağayev yaradıcılıq işlərindən danışıb.

Teleqraf. com-a açıqlama verən xalq artisti bildirib ki, istirahət mövsümü olsa da, dincələ bilməyib: “Bu yay istirahət edə bilmədim, heç dənizə də getmədim. Yaradıcılıq işlərimlə məşğul olub və yeni mahnılar yazdırdım. Bəstəkar Fərid Kərimlinin bir mahnısını ifa edəcəm. Oxuyacağım mahnının adını isə hələ açıqlamaq istəmirəm. Bu çalışmada ən böyük sirr mahnının adındadır”.

F.Ağayev müəllimlik fəaliyyətindən danışaraq bildirib ki, Tural Vəlizadə adlı gənc tələbəsi şou-biznesdə yeni addımlarını atır: “Bir neçə tələbələrim var. Onlardan biri Tural Vəlizadə şou-biznesdə öz sözünü deməyə çalışacaq. Artıq yeni mahnılar ifa edib, “Gözüm yoldadır” adlı mahnısına klip də çəkdirib. Klipə baxandan sonra bəyəndim, xeyir-duamı verdim. Turalla ilk tanışlığım “Space” telekanalında yayımlanan və mənim münsif olduğum “Sehrli pərdə” müsabiqəsində olub. O, ümumiyyətlə zəmanə adamı deyil. Çox tərbiyəli və kübar xarakterə malikdir. Bundan başqa bir ifaçı kimi səhnədə oxuduğuna diqqət edən, məlahətli səsli birisidir. Adətən yeni mahnılar yazdıran zaman mənimlə məsləhətləşir. Bir müəllim kimi tələbəmin uğurlarını görmək məni sevindirir. Onun üslubunda Azərbaycanda o qədər də ifaçı yoxdur. Tələbəm düzgün yol seçsə, uğur qazanacaq. Mən də müəllimi olaraq şou-biznesdə ona dəstək olacam. Tələbələrimə görə, daim məsuliyyət daşıyıram”.


Müəllif:

Oxşar xəbərlər