18 Sentyabr 2015 01:18
888
12 Punto 14 Punto 16 Punto 18 Punto

Məşhur Hollivud ulduzu Tom Kruz Kaliforniya ştatının Beverli-Hills şəhərində yerləşən lyuks villasını 50 milyon dollara satışa çıxarıb.

Teleqraf.com buro247-yə istinadən xəbər verir ki, aktyor bu evi 2007-ci ildə keçmiş həyat yoldaşı Keri Holms üçün 30 milyon dollara almışdı. Villanın 10 min kvadrat metr ərazisi, 7 yataq otağı, 9 vanna otağı, basketbol meydançası, hovuzu, böyük fəvvarəsi, uşaq zonası, işıqlandırmalı tenis kortu və iki qonaq evi var. Beverli-Hillsdəki evin qonşuluğunda aktyorun adlarını paylaşmaq istəmədiyi populyar insanlar yaşayır.

Rüstəm


Müəllif: