"Forsaj 7" filminin təqdimatından bir neçə ay keçir. Aktyor Vin Dizel isə izləyicilərə daha bir şad xəbər verib.
Teleqraf.com xarici mətbuata istinadən xəbər verir ki, aktyor artıq filmin 8-ci hissəsinin hazırlıqlarına başladıqlarını bildirib.
O, "Filmin yeni seriasında xüsusi effektlərdən daha çox istifadə olunacaq. Hələ ki ssenarini tam dəqiqləşdirmək lazımdır. Universal Kinostudiyası bu işdə mənə tam güvənir. Tezliklə rejissorun adı da açıqlanacaq" deyə aktyor Facebook səhifəsində yazıb.
Artıq Ceyson Stetham və Yeva Mendezin filmdə iştirak edəcəyi bəllidir.
Qeyd edək ki, daha əvvəl aktyor "Forsaj 8"in 2017-ci ilin aprelin 14-də təqdim olunacağını bildirib.
Rüstəm