Əməkdar artist Manananın qızı Elizabet filmə çəkilir.
Teleqraf.com axşam.az-a istinadən xəbər verir ki, müğənni bu haqda "Star life" verilişinə açıqlamasında deyib:
"Gürcüstanda maraqlı bir film çəkilir. Burada qızım da rol olacaq. O, elə mənim övladım obrazını canlandıracaq. Bu yaxınlarda bir seriala da dəvət almışdım. Çox məşğul idim, razılaşa bilmədim. Ola bilsin yaxın günlərdə daha bir filmdə baş rolda oynadım. Bu ekran işi Azərbaycanda lentə alınır".
Qeyd edək ki, Manananın David adlı bir oğlu da var.