“V Element” verilişinin aparıcısı Kamilə Babayeva növbəti veriliş ilə tamaşaçıların görüşünə gəlir.
Aparıcının Teleqraf.com-a açıqlamasına görə, “Belə yaxşıdır” adlı veriliş “Soy production”nun layihəsidir.
Onun sözlərinə görə verilişdə həmkarı İslam Mehrəliyev və Mələk Kazımova da iştirak edəcək: “Verilişimizi çəkmişik və canlı yayımlanmayacaq. Hər iki veriliş mənim üçün doğmadır və hansı verilişin asan və ya çətin olması haqqında düşünməmişəm. Hər ikisinin özünə görə məsuliyyəti var. İki verilişdə aparıcılıq etməyə razı olmuşamsa öhdəsindən gələcəyik. “Belə yaxşıdır” verilişi də əyləncə, yumor xarakterli olacaq. Çalışacağıq ki, 1 saat yarım ərzində insanları kədərdən uzaq tutaq”.
Rəqsanə