Çamadanımı oğurladılar.
Bu sözləri ATV maqazin verilişində müğənni Natəvan Həbibi Berlindəki konsertindən danışarkən deyib.
Berlinə konsert vermək üçün yola düşən ifaçı şamadanın içərisində nələr olduğunu da qeyd edib:
“Çamadanın içərisində mənə ən əsas olan diskdə repertuarım var idi. Onlar getdi. Daha sonra iki şubam, brilyantlarım, bahalı paltarlarım oğurlandı. Çox pis oldum”.
Natəvan Həbibi çamadanın kim tərəfindən oğurlandığını bilsə də, heç nə edə bilməyib.
axar.az