27 Oktyabr 2015 12:11
1 932
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan aktrisası, baletmeysteri və pedaqoqu, Azərbaycanın Xalq artisti Leyla Şıxlinskaya ATV-də yayımlanan “5-ci element” verilişində qonaq olub.

Teleqraf.com xəbər verir ki, “Gün keçir” filmində Əsməri canlandıran aktrisa elə bu rolu barədə də eksklüziv məlumat verib. İlk dəfə L.Şıxlinskaya etiraf edib ki, bu rol üçün Azərbaycanın ən yaxşı aktrisası Şəfiqə Məmmədova çəkilməli imiş. Lakin müəyyən səbəblərə görə həmin çəkiliş baş tutmayıb.

Filmdə olan səslənmədən narazı qalan Xalq artisti açıqlamasında Amaliya Pənahovanı yamsılayıb və onun səsləndirilməsindən heç razı qalmadığını bildirib. Leyla Şıxlinskaya bununla kifayətlənməyib və Xalq artisti Həmidə Ömərovanı, ümumiyyətlə, tanımadığını qeyd edib.

Açıqsözlü fikirləri ilə növbəti qalmaqalın əsasını qoyan L.Şıxlinskayanın “5-ci element” verilişinin aparıcılarının suallarına necə cavab verdiyini bu videodan izləyin:

Əfruzə


Müəllif:

Oxşar xəbərlər