31 Oktyabr 2015 11:27
5 026
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyədə fəaliyyət göstərən aktrisa Məlahət Abbasova Röya Ayxanın "Bəyaz Show"da çıxışına münasibət bildirib.

Teleqraf. com xəbər verir ki, aktrisa “İnstagram” da Röyanın verlişin bitməsinə 10 dəqiqə qalmış dəvət olunması və bir mahnı ifa etməsinə etiraz edib: “Beyaz Show"nun bitməsinə 10 dəqiqə qalmış Bəyazın dediyi kimi, "Azərbaycanın Rihannası," "Azərbaycanın Primadonnası"na yalnız 1 mahnı oxutdurdular. O da Ozan Çolakoğlundan. Amma Röyanı verilişdə gördükdə inanılmaz qürur keçirdim. Ailəlikcə 2-3-cü mahnısının da səsləndirməsini gözlədik. Bu, başqa ölkədən qonaq gələn bir sənət insanına təhqirdir, hörmətsizlikdir. Bəyazın heç bir proqramında başqa ölkədən gələn bir qonağa belə davranılmayıb. Müğənninin meneceri bu təklifi necə qəbul edib? Çox lazım idi, proqramın bitməsinə 10 dəqiqə qalmış xala-xətrin qalmasın deyə, 1 mahnı ilə verilişə getsin? Öz vətənində bu təklifi hansısa bir kanalda qəbul edərdi? Bir böyük bacı olaraq demək istəyirəm ki, özünüzü ucuzlaşdırmayın! Bəyazın verilişində 10 dəqiqə görünəcəm deyə, prestijlərini düşürməsinlər”.

Rəqsanə


Müəllif:

Oxşar xəbərlər