“Nanəli” verilişində sənətçilərlə duet oxuyuram. Amma öz duet mahnılarımı dəfn etmişəm”.
Bu sözləri Teleqraf.com-a əməkdar artist Zöhrə Abdullayeva deyib: “Məmmədbağır kimi dahidən sonra heç kimi özümlə duet oxumağa layiq görmürəm. Düzdür, gözəl xanəndələrimiz var, amma yaşları yaşıma uyğun deyil. Məmmədbağır dünyasını dəyişəndə söz verdim ki, başqası ilə duet oxumayacam. Amma bir çox sənətçilərin - Könül Kərimova və Cabbar Musayevin, Cavanşir Məmmədov və Füruzə İbadovanın duetlərini çox bəyənirəm”.
Z.Abdullayeva yaşlanmasından da danışıb: “Vaxt çox tez gedir, səhər açılan kimi axşam olur. Bilmirsən ömür haradan gəldi, hara getdi? Güzgüyə baxanda görürsən ki, artıq yaşa dolmusan”.
Rəqsanə