15 Dekabr 2015 11:54
841
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Başımı bağlamağım bəzi insanlar tərəfindən yaxşı, bəziləri tərəfindən isə pis qarşılandı”

Bu sözləri Teleqraf.com-a müğənni Xuraman Şuşalı deyib: “Başımı bağladıqdan sonra sənətimlə bağlı müəyyən məhdudiyyətlər qoydum. İçki məclislərinə getmədim. Bu dünyamı və axirətimi düşündüyüm üçün başımı bağlamaq qərarına gəldim. Allahın qəzəbindən, cəzalandırmasından qorxmaq lazımdır. Onu da deyim ki, başımı bağlamağım sənətimə mane olmadı. Əksinə, şirkətim var, xınayaxdı və ad günləri təşkil edirəm. Əvvəl toylarda tək oxuyurdum və ansamblım var idi. Düzdür, vaxtımı daha çox uşaqlarıma ayırıram. Çünki kiçik oğlumum bir yaşı var. Onları atıb, bizneslə, sənətlə məşğul olmaq düzgün deyil. Övladlarımı kənara qoyub var-dövlətin dalınca qaça bilmərəm. Onlar gəldi-gedərdi. Allah istəsə, insanı bir dəqiqənin içində milyoner, yaxud da müflis eləyər”.

Rəqsanə


Müəllif: