15 Dekabr 2015 13:25
728
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xalq artisti Alim Qasımov və qızı Fərqanə Qasımova dekabrın 23-də növbəti dəfə Beynəlxalq Muğam Mərkəzində konsert proqramı ilə çıxış edəcəklər.

Bu məlumatı Teleqraf.com-a Fərqanə Qasımova verib: “Dekabrın 23-də konsert verəcəyik. Alim müəlimlə bir çox mahnılarımızı ifa edəcəyik. “Rast” muğamını və Emin Sabitoğlunun “Bu gecə” mahnısını isə duet oxuyacağıq. Onu da deyim ki, konsertdən əvvəl yaxud da konsert zamanı qrip oluruq. Xüsusilə də mən. İndi də atam soyuqlamışdı, hazırda səhhəti yaxşıdır. İnşallah, bu konsert zamanı qrip olmarıq. Hətta bir dəfə yüksək temperaturla səhnəyə çıxmışdım”.

Rəqsanə


Müəllif:

Oxşar xəbərlər