29 Dekabr 2015 19:02
2 064
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Ad günümü ilk olaraq anam təbrik etdi”.

Bunu Teleqraf.com-a xalq artisti Faiq Ağayev deyib. O, sosial şəbəkələrdə saysız-hesabsız mesajlar aldığını da bildirib: "Mənə gələn mesajları cavablandırıram. Ad günümü dostlarım təşkil edib. Konsertim olmayanda ad günü keçirməyi sevmirəm. Hazırda geyinib ora gedəcəm. Həmkarlarımdan isə bir çoxları ad günümü təbrik etdilər. Sizdən 15-20 dəqiqə əvvəl “Bakı Payızı-88" müsabiqəsinin baş inzibatçısı Naza xanımın təbriki mənim üçün gözlənilməz oldu. Onun diqqəti, qayğısının nəticəsidir ki, bu gün səhnədə Faiq Ağayev, Aygün Kazımova və başqa müğənnilər var. 27 ildən sonra mənə zəng etməsi və ad günümü təbrik etməsi çox xoş oldu”.

F.Ağayev 1971-ci ildə dekabrın 29-da Bakıda anadan olub.

Rəqsanə


Müəllif:

Oxşar xəbərlər