Türkiyədə yaşayan müğənni İradə İbrahimova övladları ilə çəkdirdiyi yeni fotosunu paylaşıb.
Teleqraf.com xəbər verir ki, sənətçi “İnstagram”da foto paylaşaraq “Yaxın günlərdə oğlumun 6 ayı tamam olacaq, inşallah. Yavaş-yavaş meyvə, sup verməyə başladım” şərhini yazıb.
İ.İbrahimova Ceyhun İzer adlı türk vətəndaşla evlidir və onların iki övladı var.
Rəqsanə