8 Mart 2016 17:51
560
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Möhtəşəm yüz il: Kösəm"in bitəcəyi haqda yayılan xəbərlərə serialın sahibi olan "Tims Productions" açıqlama yayıb.

Türkiyə mətbuatının yaydığı məlumatına görə, açıqlamada deyilir:

"Türkiyə ilə birlikdə dünyanın 30 ölkəsində yayımlanmağa davam edən "Kösəm Sultan"ın 26-cı seriyada final edəcəyi haqda xəbərlər reallığı əks etdirmir.

Belə bir qərar verilməyib. Türkiyədə yayımlandığı gün AB reytinq kateqoriyasında (təhsilli auditoriya) ən çox izlənən serial olmağa davam edən "Kösəm Sultan" xaricdə də yayımlandığı kanallarda həmin günün birincisi olur.

Rəsmi mənbələrdən açıqlanmadığı təqdirdə bu tərz xəbərlərə etibar etməməyinizi xahiş edirik"./Axşam.az/


Müəllif:

Oxşar xəbərlər