Xalq artisti Faiq Ağayevin başına iş gəlib.
Teleqraf.com xəbər verir ki, Xalq artisti sosial şəbəkədə Elvin adlı şəxs tərəfindən aldadıldığını bildirib: “Yeni fırıldaq növü yaranıb. Siz də mənim kimi aldanmayın. Bir az əvvəl bir şəxs mənə zəng edib, dedi ki, guya səhvən balansıma pul yükləyib. Telefonuma baxdım və gördüm ki, həqiqətən də telefonuma bu haqda sms gəlib. Özünü Elvin kimi təqdim edən həmin şəxs rica etdi ki, ona həmin məbləğdə ödəmə kartları alıb, şifrələri sms-lə göndərim. Heç bir hiylə hiss etmədən, elə də etdim. Sən demə, hesabıma pul yüklənməsi haqqında gələn sms-i göndərən mobil operator deyilmiş. O çoxbilmişin özü imiş. Ehtiyyatlı olun, əzizlərim!
Camaatın qəlb təmizliyindən haramcasına istifadə edən belə oğrulara, cibgirlərə, şərəfsiz müftəxorlara inanmayın!”.
Rəqsanə