Nizami Kino Mərkəzində Türkiyə istehsalı olan “Annemin yarası”, “Azərbaycanfilm”in çəkdiyi “İçərişəhər” filmlərinin və 3d formatda olan “Retçet və Klank: qalaktika döyüşçüləri” animasiya filminin nümayişi başlanıb.
Teleqraf.com xəbər verir ki, çoxdan gözlənilən “Annemin yarası” filmində baş rolu Məryəm Üzərli oynayır.
Rejissor İlqar Safatın psixoloji dram janrında çəkdiyi “İçərişəhər” filmi isə gənc qızın Qarabağ müharibəsi veteranı ilə sevgisindən bəhs edir. Filmin quruluşçu operatoru Luca Coassindir.
Honkonq, Kanada və ABŞ istehsalı olan 3d formatda çəkilmiş “Retçet və Klank: qalaktika döyüşçüləri” animasiya filmini Fiksmanın ssenarisi əsasında rejissor Kevin Manro çəkib.
Nərmin