13 Yanvar 2018 08:05
1 134
12 Punto 14 Punto 16 Punto 18 Punto

Böyük Britaniyanın “Ocado” internet supermarketi anbarda texniklərə kömək üçün nəzərdə tutulan yeni robot prototipi nümayiş etdirib.

Teleqraf.com xəbər verir ki, “ARMAR-6” adlanan robot “Ocado” tərəfindən bir neçə universitetlə, o cümlədən Lozanna Federal Politexnik Məktəbi və London Universitet Kolleci ilə əməkdaşlıqda hazırlanıb. İş Avropa İttifaqı tərəfindən maliyyələşdirilən iş mühitində insanlarla təhlükəsiz işləyə bilən robotların yaradılması üzrə layihə çərçivəsində aparılıb.

Məlumata görə, “ARMAR-6” insanabənzər bədən, baş və əllərə malikdir və təkərlə təchiz edilən dayaqlı mühərrikin köməyi ilə hərəkət edir. Robot yerin təyini və obyektləri görmək üçün kameralardan istifadə edərək sonradan onları anbar mühəndislərinə ötürür.

Hazırda hazırlanma mərhələsində olan “ARMAR-6” robotunun bir neçə ilə istifadəyə veriləcəyi planlaşdırılır. (ICTnyus)


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər