22 May 2018 09:17
50 647
12 Punto 14 Punto 16 Punto 18 Punto

Günəş sistemində doqquzuncu planetin mövcudluğunu dair yeni sübut tapılıb.

Teleqraf.com xəbər verir ki, amerikalı astronomlar Mayk Braun və Konstantin Batıq günəş sistemindəki ən uzaq obyektləri (asteroidlər və kometalar) müşahidə edib və onların hərəkətlərində qeyri-adilik sezib.

Böyük bir beynəlxalq astronom qrupu “Dark Energy Survey” eksperimentinin müşahidələrindən istifadə edərək, yeni bir Trans-Neptun 2015 BP519 obyektini müəyyən edib.

Alimlərin fikrinə görə, bu obyekt kiçik və böyük radiuslu, uzunluğu 35 va 862 astronomik birliyə (1 AU = Yerdən Günəşə uzaqlıq) qədər uzanan bir orbitə malikdir.

Astronomlar bir neçə il kompüter simulyasiyası aparsalar da, onların heç biri orbitin təkamülünü izah edə bilməyib.

Qeyd edək ki, alimlərin fikrinə görə, onun orbiti Plutonun orbitindən bir neçə dəfə böyükdür və o, Günəş sistemindən kənara çıxa bilər. Alimlərin fikrincə, məhz buna görə də yerüstü teleskoplar obyekti görmür.

Bundan başqa, elm adamları planeti nə vaxt müşahidə etmək lazım olduğunu da bilmir.

Xatırladaq ki, ,2016-cı ildə elm adamları Günəş sistemində bir və ya bir neçə planetin gizlənmə ehtimalının olduğu iddiası ilə çıxış ediblər.


Müəllif: Günay Əli