ABŞ-ın Atlanta əyalətindəki parkların birində uşaqları ilə istirahət edən gənc ata qəfil qarşılarına çıxan çılpaq şəxsi görüncə özündən çıxıb.
Teleqraf.com xəbər verir ki, dərhal əlini silahına atan ata çılpaq şəxsi dizləri üstündə durmağa məcbur edib.
Tae Lovelace adlı şəxs polisə ifadəsində çılpaq adamın övladlarının gözləri qarşısında sərbəst gəzməsinə dözə bilmədiyini deyib: "Uşaqlarım çox qorxmuşdu. Onları qorumaq üçün silaha əl atdım. Çılpaq adamı dizləri üstündə durmağa məcbur etdim".
Azyaşlıları qorxutduğu üçün polis çılpaq adamı həbs edib. Faktla bağlı araşdırma aparılır.