9 Noyabr 2018 13:46
1 103
12 Punto 14 Punto 16 Punto 18 Punto

Məşhur rusəsilli amerikalı yazıçı Vladimir Nabokov sədəf xəstəliyinə (psoriaz) görə intihara cəhd edib.

Teleqraf.com xəbər verir ki, bu iddia ilə “The Daily Mail” qəzeti çıxış edib.

Qəzetin iddiasına görə, Nabokov 1923-1977-ci illərdə həyat yoldaşı Veraya yazdığı məktublarında ağrı və qaşıntılardan şikayətlənib. Yazıçı bu məktublarda 1937-ci ildə psoriaza görə intihar həddinə çatdığını və sinir sistemlərinin sıradan çıxdığını etiraf edir.

Fransız araşdırmaçılar Parisdə Nabokovun məktublarını incələyib və yazıçının kəskin psoriaza yoluxduğunu təsdiq ediblər.

Qeyd edək ki,1899-cu ildə Sankt-Peterburqda doğulan Vladimir Nabokov 1977-ci ildə ABŞ-da vəfat edib.

O, “Lolita”, “Qətlə dəvət”, “Lujinin müdafiəsi”, “Vergi”, “Yaddaş, danış” kimi dünyaca məşhur əsərlərin müəllifidir.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər