3 Fevral 2019 21:54
966
12 Punto 14 Punto 16 Punto 18 Punto

Kanadanın "Lotto Max" milli lotereyasının 20,3 milyon dollarlıq cekpotu oynanılıb.

Teleqraf.com xəbər verir ki, bu barədə lotereyanı keçirən "OLG" şirkətinin nümayəndələri xəbər verir.

Nümayəndələr bildirib: "Uduşlu biletin rəqəmləri - 2, 6, 13, 19, 21, 32 və 40. Bonus-rəqəm - 12".

Bildirilir ki, hazırda biletin Kanadanın Kveebk əyalətində satıldığı bilinir, lakin daha dəqiq məlumat verilmir.

Qeyd edək ki, Kanada tarixində ən böyük cekpot - 49, 5 milyon dollar 2015-ci ilin oktyabr ayında oynanılıb.


Müəllif: Teleqraf.com